• UK
  • 17:38 24 Noyabr 2009
  • |    Baku
  • 21:38 24 Noyabr 2009

Britaniya üçün Viza

Briləşmiş Kralliğın Azərbaycandakı Viza xidmətinə xoş gəlmisiniz. Məqsədimiz viza əldə etmək istəyində olanlara çevik və səmərəli xidmət göstərməkdir. Azərbaycan vətəndaşları Birləşmiş Krallığa səfər etməzdən öncə müvafiq viza əldə etməlidirlər. Bunun üçün əvvəlcə elektron viza ərizə formasını doldurmalı və “onlayn”görüş sistemindən istifadə edərək görüş vaxtı təyin etməlidirlər. Daha sonra viza şöbəsinə şəxsən gələrək sənədlərini təqdim etməli və barmaq izlərini verməlidirlər.


Siz  www.visa4uk.fco.gov.uk internet səhifəsinə daxil olaraq “onlayn” viza ərizə formasını doldura bilərsiz. Müraciət qaydaları barədə ətraflı məlumat səhifədə yerləşdirilmişdir.


Biz bayram günləri istisna olmaqla həftənin bütün iş günləri saat 09³º-dan 11ºº-dək “onlayn”  görüş sistemindən istifadə etməklə  əvvəlcədən vaxtı razılaşdırılan və yalnız imzalanmış viza elektron ərizə formasını qəbul edirik.

Yay mövsümündə, iyun – sentyabr aylarında səfər etmək istəyənlərə gərgin qrafiklə əlaqədar viza üçün 4-6 həftə öncədən müraciət etmələri ciddi şəkildə tövsiyyə olunur. Əks halda planlaşdırdığınız tarixdə viza almaq niyyətiniz baş tutmaya bilər.




Viza şöbəsinin iş saatı

Bazar ertəsi - Cümə günü
9.30 - 11.00 – onlayn doldurulmuş və imzalanmış ərizə formalarının təqdim oluması (əvvəlcədən təyin olunmuş vaxtda)
11.00 – 11.30 – vizaların verilməsi
14.30 – 17.00 – telefon zənglərinin qəbulu

Bizimlə əlaqə saxlayın

Xəqani küçəsi 45A
Bakı AZ1010
Azərbaycan

Telefon: (99 412) 4975188/89/90
Faks:  (99 412) 4922739

Yuxarı