Azərbaycandakı Səfirliyimiz
Britaniya Səfirliyi Azərbaycanda Britaniya Hökumətini təmsil edir. Səfirliyin rolu təmsil etdiyi ölkənin adından Azərbaycanın müvafiq strukturları ilə əlaqə yaratmaq və Birləşmiş Krallığın beynəlxalq prioritetlərini çatdırmaqdır.
Səfirliyin prioritetlərinə dair bəzi məqamlara nəzər salaq:
- Avropanın enerji təhlükəsizliyinə dəstək olacaq Cənub Enerji Dəhlizini önə çəkmək və Azərbaycanda enerji resurslarından səmərəli istifadəni dəstəkləmək;
- Azərbaycanda Britaniyanın investisiya maraqlarını təmin etmək və korrupsiya ilə mübarizə ;
- Azərbaycanın insan haqları, xüsusi ilə söz azadlığı sahəsində beynəlxalq standartlara nail olmasına köməklik göstərmək;
- 2008 ci ildə keçiriləcək Prezident seçkiləri də daxil olmaqla seçki prosesinin demokratik istiqamətdə inkişafina dəstək vermək;
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə davamlı olaraq dəstək vermək ;
- Terrorizmlə mübarizə aparmaq və dini ekstremizmin potensialının azaldılmasına yardımcı olmaq ;
- Azərbaycanın NATO ilə münasibətlərdə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə və təşkilatın standartlarına uyğunlaşmasına köməklik göstərmək;
- Azərbaycanın Avropa Birliyi qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsinə və qurumun standartlarına uyğunlaşmasına köməklik göstərmək;
- Sığınacaq ala bilməyənlərin Əfqanıstana geri qaytarılmasına yardım etmək, qanunsuz immiqrasiya hallarının qarşısını alınması üçün Dövlət Sərhəd Xidmətinin gücləndirilməsinə köməklik göstərmək, Birləşmiş Krallığa səfər etmək niyyəti olanlara düzgün və effektli viza xidmətləri göstərmək ;
- Azərbaycandakı Britaniya vətəndaşlarına zərurət yarandıqda lazımi köməklik göstərmək;