Britaniya – Azərbaycan münasibətləri
Yüksək rütbəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında diplomatik əlaqələrin inkişafına təkan vermişdir.
Biznes imkanları
Britaniya Azərbaycanda ən iri xarici investordur.Biznes imkanları barədə ətraflı məlumat almaq üçün Səfirliyin Enerji və Ticarət Məsələləri Üzrə rəhbəri Mət Süzerləndə (matt.sutherland@fco.gov.uk) müraciət edə bilərsiz.
Britaniyaya viza
Azərbaycan vətəndaşları Birləşmiş Krallığa səfər etməzdən əvvəl müvafiq viza əldə etməlidirlər. Bunun üçün elektron viza ərizə formasını doldurmalı və “onlayn”görüş sistemindən vaxt təyin etməlidirlər.
Böyük Britaniya Azərbaycanda
Britaniya Səfirliyi Azərbaycanda Britaniya hökumətini təmsil edir. Səfirliyin rolu təmsil etdiyi ölkənin adından Azərbaycanın müvafiq strukturları ilə əlaqə yaratmaq və Birləşmiş Krallığın beynəlxalq prioritetlərini çatdırmaqdır.
Siyası məsələlər üzrə ikinci katib Katerin Klivin rəhbərlik etdiyi Siyasi Şöbə Azərbaycanda siyasi və iqtisadi sahələrə dair hesabatlar hazırlayıb ölkəsinin Xarici İşlər Nazirliyinə təqdim edir.
Səfirlik iqtisadiyyat və insan haqları məsələləri də daxil olmaqla daxili və xarici siyasətlə bağlı bütün sahələrdə hökumət, parlament, siyasi partiyalar, QHT-lər, mətbuat və digər qurumlarla əməkdaşlıq edirik.
Hazırkı prioritetlərimiz Azərbaycanda demokratik islahatları nəzərdə tutan proqramlara, həmçinin onun Avropa Birliyinə üzv olmaq səylərinə dəstək vermək və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində köməklik göstərməkdir.
Fikirlərinizi bildirin...
Saytımızda görmək istədiklərinizi rəylər bölməsinə yazaraq bizə bildirin. Rəy yazmaq üçün bura daxil olun
